• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Məşhur idmançı QƏZA KEÇİRDİ - FOTOLAR

MƏDƏNİYYƏT

18 Avqust 2023 | 10:32

Məşhur idmançı QƏZA KEÇİRDİ - FOTOLAR

Türkiyəli məşhur aktyor-idmançı Turabi Çamkıran ağır qəza keçirib.

Bakıvaxtı.az bu barədə türk mətbuatına istinadla xəbər verir.

Çamkıran bir müddətdir xəstəxanada müalicə olunur. Bu barədə o öz sosial şəbəkə hesabında da məlumat paylaşaraq halallıq istəyib. 

“Mən Əzrailə mesaj yazdım ki, gəl məni al! O, "gülüşün səni istəməyənlərə dərd olub. Onlara rəğmən yaşa!" dedi. Zarafat edirəm. Amma Əzrail mesajımı ciddiyə aldı. Az qala məni aparırdı. Bir qəza keçirdim. Daha güclü qayıdacağam, inşallah. Hələlik”,- deyə idmançı bildirib. 

Həmişə həyatını, yaşayış tərzini paylaşan Turabi tövbə edib: "Artıq bitdi. 2024-cü il bitməmiş evlənəcəm. Ailə-uşaq sahibi olacam. Yarım qalan işlərimi tamamlayacam. Kimin qəlbini qırdımsa, bağışlasın. Haqqını halal etsin".

Qeyd edək ki, Turabi Çamkıran 2 dəfə "Survivor" yarışmasında çempionluq qazanıb.

Xəyalə Rza


Məşhur idmançı QƏZA KEÇİRDİ - FOTOLARMəşhur idmançı QƏZA KEÇİRDİ - FOTOLARMəşhur idmançı QƏZA KEÇİRDİ - FOTOLARMəşhur idmançı QƏZA KEÇİRDİ - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026