• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Məşhurların stilisti öldü

ŞOU

27 Sentyabr 2024 | 01:02

Məşhurların stilisti öldü

Alla Puqaçova və digər rus estrada ulduzları ilə birlikdə çalışmış məşhur stilist Corc Rovals dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rovalsın dostu Yuma Maksimova bildirib. 59 yaşlı Rovals Tbilisi xəstəxanalarından birində beyin qanamasından ölüb.

“Onun şəkəri yüksəldi, təzyiqi qalxdı. Corc xəstəxanaya aparıldı. Lakin onu xilas edə bilmədilər”, – deyə Yuma bildirib.

Əzizə və Tamara Qverdtsiteli ilə birgə işi ilə də tanınan stilistin 60 yaşını qeyd etməsinə 1 ay qalırdı. Rovals Kutaisidə dəfn olunacaq. İlkin məlumata görə, dəfn mərasimi şənbə günü, sentyabrın 28-də olacaq.


SON XƏBƏRLƏR