• Bakı 12° C

    2.14 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Messi baş məqşçi ilə mübahisə edib

DÜNYA

22 Yanvar 2024 | 21:43

Messi baş məqşçi ilə mübahisə edib

Argentina millisinin kapitanı Lionel Messi ilə baş məşqçi Lionel Skaloni arasında 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrda Uruqvaya məğlub olduqları oyundan (0:2) sonra münaqişə yaranıb. 

Bakıvaxtı.az bildirir ki, LA100 bu barədə öz jurnalisti Şerkis Byaloya istinadən xəbər verir.

Tərəflər arasında qarşıdurma oyundan əvvəl başlayıb, lakin məğlubiyyətdən sonra millinin futbolçularının özəl məclisdə olması haqda şayiələr yayıldıqdan sonra daha da şiddətlənib. Skaloni bundan qəzəblənib və deyib ki, bir neçə gündən sonra komanda regionun ən döyüşə hazır komandası ilə oyun keçirməli olacaq. Noyabrın 17-də Uruqvayla oyun baş tutub və beş gün sonra argentinalılar Braziliyaya 1:0 hesabı ilə qalib gəliblər.


SON XƏBƏRLƏR