• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp tezliklə müflis olduğunu elan edə bilər

DÜNYA

21 Fevral 2024 | 20:51 | Müəllif: Subhan Mahmudov

Tramp tezliklə müflis olduğunu elan edə bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tezliklə müflis olduğunu elan edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, o, məhkəmənin 500 milyon dollardan çox təzminat ödəməsini təxirə salmaq üçün bunu edə bilər. Bu barədə amerikalı hüquqşünas və Trampın keçmiş müşaviri Corc Konveyin ərinə istinadən məlumat yayıb.

X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində Konvey yazıb ki, keçmiş prezidentin müflis olduğunu elan etmək şansları “olduqca yüksəkdir”. O, məhkəmənin 500 milyon dollardan çox təzminat ödəməsini təxirə salmaq üçün bunu edə bilər.

Fevralın 16-da ABŞ məhkəməsi keçmiş prezidentə dələduzluq işi üzrə 355 milyon dollardan çox təzminat ödəməyə məcbur edib. Eyni işdə onun oğulları Donald və Erik hər birinə dörd milyon dollar ödəməli olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026