Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Viktor Dyekereş UEFA Çempionlar Liqasında Lionel Messi və Kristofer Nkunkunun uğurunu təkrarlayıb.
Bakıvaxtı.az xəbər verir ki, 26 yaşlı hücumçu buna "Mançester Siti"yə qalib gəldikləri (4:1) turnirin Liqa mərhələsinin IV turunun matçında 3 qol vurmaqla nail olub.
İsveçli forvard qitənin bir nömrəli klub turnirində "şəhərlilər"lə qarşılaşmada het-trik edən üçüncü oyunçudur.
Daha əvvəl Lionel Messi 2016-cı ildə İspaniyanın "Barselona" komandasının heyətində, Kristofer Nkunku isə Almaniya təmsilçisi "Leyptsiq"də bunu bacarıb.



jpg-1733462491.webp)
jpg-1733462294.webp)








jpg-1733405513.webp)

