• Bakı 9° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Çalhanoğlu İtaliyada "ən yaxşı oyunçu" seçildi

İDMAN

05 Dekabr 2024 | 23:58 | Müəllif: Subhan Mahmudov

Çalhanoğlu İtaliyada "ən yaxşı oyunçu" seçildi

İtaliya "İnter"inin azarkeşləri ayın ən yaxşı futbolçusu ilə bağlı keçirilən sorğuda seçimi Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun xeyrinə ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ən yaxşı oyunçu adına noyabr ayındakı çıxışına əsasən layiq görülüb. O, UEFA Çempionlar Liqasında "Arsenal"a (İngiltərə), A Seriyasında isə "Napoli"yə qarşı matçlarda özünü yaxşı tərəfdən göstərib.

Çalhanoğlu qitənin ən nüfuzu klub turnirində "Arsenal"la yanaşı, "Leyptsiq" lə (Almaniya) qarşılaşmada fərqlənməyi bacarıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR