Almaniya mətbuatı “Nürnberq” futbolçularının mövsümün ilk yarısı üçün bəzi statistikasını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, zərbənin gücü və sürəti ilə bağlı məlumatlarda azərbaycanlı hücumçu Mahir Emrelinin də adı qeyd olunub.
Belə ki, millimizin üzvünün matçların birində vurduğu zərbə 118,1 km/saat sürətə çatıb.
Bu, mövsümün ilk yarısında komandanın futbolçuları arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, Emreli ötən ilin avqustunda ikinci Bundesliqa klubuna keçib. Hazırda onun aktivində 4 qol və 1 məhsuldar ötürmə var.