• Bakı C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Qvardioladan ANTİREKORD

İDMAN

03 Fevral 2025 | 10:08

Qvardioladan ANTİREKORD

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola karyerasında antirekorda imza atıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin rəhbəri olduğu komanda ilk dəfə mövsüm ərzində 4 matçda ən azı 4 qol buraxıb.

Bu, İngiltərə Premyer Liqasının XXIV turunda "Arsenal"la matçda reallaşıb. Görüş "topçular"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, daha əvvəl "Bavariya" və "Barselona"nı çalışdırmış X.Qvardiolanın baş məşqçisi olduğu Mançester təmsilçisi cari mövsümdə PSJ (2:4), "Tottenhem" (0:4) və "Sportinq" (1:4) ilə matçlarda da 4 qol buraxmışdı.


SON XƏBƏRLƏR