Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq “Savaria” turnirində sonuncu oyununu keçirib.
Bakıvaxtı.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz Çexiya yığması ilə qarşılaşıb. Görüş çexiyalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olublar. Növbəti oyunda Niderlanda qarşılaşan ylğmamız 0:3 hesabı ilə uduzub.
Beləliklə, seçməmiz turnirdə sonuncu olub.













jpg-1630910037.webp)


