• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Milyonçular bu ölkəni tərk edir

DÜNYA

14 Iyun 2023 | 15:25

Milyonçular bu ölkəni tərk edir

2022-ci ildə Rusiyanı 8500 milyonçu tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın “Henley & Partners” konsaltinq şirkəti məlumat yayıb.

Şirkətdən bildirilib ki, bu rəqəm onların proqnozlaşdırdıqlarından iki dəfə azdır, çünki hesablamalara görə, Rusiyanı 15 min milyonçu tərk etməli idi.

“Rəqəmlərin az olmasına sanksiya tədbirləri, Rusiyanın tanınmış şəxslərin ölkədən çıxmasına qoyduğu qadağa mexanizmləri təsir edib”, - məlumatda qeyd olunub.

Buna baxmayaraq, Rusiya bu göstəricidə yalnız Çinə uduzub. Çini ötən il 10.800 milyonçu tərk edib. Üçüncü yeri 7500 milyonçunun tərk etdiyi Hindistan tutub.

Ölkəni tərk edən milyonçular əsasən Avstraliya, BƏƏ və Sinqapur kimi ölkələrə üz tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026