Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin xarici işlər nazirlərinin İndoneziyanın paytaxtı Cakartada keçirilən görüşü çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borellə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə J.Borrel tviterdə paylaşım edib.
Tərəflər ikitərəfli münasibətləri, Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər.
“Mən Türkiyə ilə konstruktiv əməkdaşlığı səbirsizliklə gözləyirəm”, - deyə J.Borrel bildirib.

















