• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səudiyyə Fələstinə ilk səfir təyin etdi

DÜNYA

13 Avqust 2023 | 09:40 | Müəllif: Subhan Mahmudov

Səudiyyə Fələstinə ilk səfir təyin etdi

Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əs-Sudeyri eyni zamanda Fələstinə səfir təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif əs-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib - Fələstin Dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi”, - bəyanatda qeyd edilib.

Bununla Sudeyri Fələstində Səudiyyə Ərəbistanının maraqlarını təmsil edən ilk diplomat olub. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında reallaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026