• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Anormal istilərlə bağlı QORXUNC PROQNOZ - Fevrala qədər...

DÜNYA

13 Avqust 2023 | 13:30 | Müəllif: Subhan Mahmudov

Anormal istilərlə bağlı QORXUNC PROQNOZ - Fevrala qədər...

Dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu qənaətə ABŞ sinoptikləri gəliblər.

ABŞ-də sinoptiklər planetdə orta temperaturun artmasına səbəb olan "El Nino" hadisəsinin 2024-cü ilin fevralına qədər davam edəcəyinə 95 faiz əmindirlər.

"El Nino" və "La Nina" Sakit Okeanda bütün dünyada hava şəraitinə təsir edə bilən iqlim nümunələridir. İyul ayında ekvatorial Sakit okeanda səth sularının temperaturu orta səviyyədən yüksək olub ki, bu da "El Nino" hadisəsinin davam etdiyini göstərir.

Ümumdünya Meteorologiya Təşkilatı hava şəraitinin qlobal temperaturun artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bununla yanaşı, 2023-cü ilin iyul ayı tarixdə ən isti ay olub. Alimlər hesab edirlər ki, bu, planetdə son 120 min ilin ən isti dövrü ola bilər./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026