• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Rusiya donanmasını məhv edəcəyik" - Podolyak

DÜNYA

13 Avqust 2023 | 08:55 | Müəllif: Subhan Mahmudov

"Rusiya donanmasını məhv edəcəyik" - Podolyak

Ukrayna taxıl ixracını təmin etmək üçün dəniz limanlarının inteqrasiyası üzərində fəal işləyir. Bununla belə, Rusiya tərəfindən təcavüz olarsa, Qara dəniz donanması və digər donanmaların müəyyən komponentləri məhv ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixailo Podolyak bildirib.

Onun sözlərinə görə, Rusiya Qara dənizdəki gəmiləri taxıl dəhlizinə görə təhdid edərsə, bədəlini Qara dəniz donanması ilə ödəyəcək:

"Rusiya başa düşməyə başlayır ki, Qara dəniz akvatoriyası daxili yurisdiksiya dənizi deyil. Və bu çox ağrılı olacaq. Ukrayna prezidenti çox açıq şəkildə dedi: əgər zərbələr endirsəniz, onda donanmanı məhv edəcəyik və müharibənin sonuna qədər Sakit okean, Şimal və Baltik donanmalarının elementləri ilə birgə Qara dəniz donanmanız olmayacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026