Rusiyada Dövlət Dumasının bu gün keçirilən plenar iclasında hərbi rütbələri olan vətəndaşların bəzi kateqoriyaları üçün ehtiyatda qalmanın yaş həddinin beş il artırılmasını nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Bakıvaxtı.az xəbər verir ki, sənəddə ehtiyatda olan əsgər, matros, çavuş, komandir, gizir və miçmanlar üçün yeni yaş həddinin müəyyən edilməsi təklif edilir. Birinci kateqoriyaya aid olan hərbi xidmətə cəlb olunan belə şəxslər üçün yaş həddi 35-dən 40-a, ikinci kateqoriya üçün 45-dən 50-yə, üçüncü kateqoriya üçün 50-dən 55-ə qaldırılır.
Burada səfərbərlik ehtiyatında olmanın yaş həddinin artırılması da təklif olunur. Bu, ali zabit hərbi rütbəsi olan vətəndaşlar üçün 65 il, kiçik zabit hərbi rütbəsi olanlar üçün 60 il, digər rütbələrə malik olanlar üçün isə 55 il olacaq.
















