• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mina partlayışı təmizlənməmiş ərazidə baş verib - ANAMA

HADİSƏ

08 Oktyabr 2022 | 18:50 | Müəllif: Subhan Mahmudov

Mina partlayışı təmizlənməmiş ərazidə baş verib - ANAMA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Ağdamda baş verən mina partlayışı ilə əlaqədar məlumat yayaraq, hadisənin təmizlənməmiş ərazidə qeydə alındığını bildirib.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə nəticəsində Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Ramin Əmir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyəsindən amputasiya edilib.

ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026