İtaliyanın "Bolonya" klubunun baş məşqçisi Sinişa Mixayloviç istefaya göndərilib.
Bakıvaxtı.az A seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu mövsüm uğursuz çıxış edən "Bolonya" 5 turdan sonra 3 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, leykoz xəstəliyindən əziyyət çəkən Mixayloviç 2019-cu ildən İtaliya klubunu çalışdırır.
















