• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Moldovadan Lavrova sərt reaksiya

DÜNYA

04 Fevral 2023 | 00:21 | Müəllif: Subhan Mahmudov

Moldovadan Lavrova sərt reaksiya

Moldova parlamentinin spikeri İqor Qrosu Rusiya xarici işlər naziri Sergey Lavrovu şovinizmdə ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Bu, ölkəyə münasibətdə ictimai davranışın kəskin deqradasiya səviyyəsidir. Diplomatın bu cür bəyanatları ölkə ilə ünsiyyət normalarını pozur. Bu, şovinizm və iyrənc imperializmdir”, - Qrosu bildirib.

Qeyd edək ki, S.Lavrov Qərbin Moldovanı “növbəti Ukrayna” roluna hazırladığını, NATO-ya can atan bu ölkənin Rumıniya ilə birləşməyə çalışdığını söyləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026