• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Əgər uğurlu əks-hücum olarsa, rus ordusu dağılacaq - ŞOK AÇIQLAMA

DÜNYA

05 Mart 2023 | 20:53 | Müəllif: Subhan Mahmudov

Əgər uğurlu əks-hücum olarsa, rus ordusu dağılacaq - ŞOK AÇIQLAMA

Əgər Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatı keçirsə, o zaman Rusiya Prezidenti Vladimir Putin Kremldən qovula bilər və onun ordusu dağılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Britaniya Baş Qərargahının keçmiş rəhbəri, general Riçard Dannat "Skay Nyus" telekanalının efirində bildirib.

O, söyləyib ki, ukraynalılar yazın sonu - yayın əvvəlində əks-hücum keçirəcəklər. "Bu, düzgün planlaşdırma və müttəfiqlərdən avadanlıq və sursatların davamlı tədarükü ilə mümkündür".

Generalın sözlərinə görə, belə olan halda bu il döyüş meydanında həlledici nəticə əldə etmək üçün real şans var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026