• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən, gedə bilərsən” - Akşener

DÜNYA

05 Mart 2023 | 22:38 | Müəllif: Subhan Mahmudov

“Dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən, gedə bilərsən” - Akşener

"Son sözü mənə buraxdılar və dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən, gedə bilərsən".

Bakıvaxtı.az xəbər verir ki, bunu İYİ Partiya sədri Meral Akşener  "altılı masa"nı tərk etməsinin səbəbindən bəhs edərkən deyib.

"Masadakı üzvlərin hamısı görüşüb razılaşdılar. Son sözü mənə buraxdılar və dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən, gedə bilərsən", - deyə Akşener vurğulayıb.  

Xatırladaq ki, "altılı masa"da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının "altılı masa"nı tərk etdiyini açıqlayıb./qafazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026