• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Müəllim ilk iş günü GÜLLƏLƏNDİ

DÜNYA

05 Fevral 2024 | 17:35

Müəllim ilk iş günü GÜLLƏLƏNDİ

Türkiyədə müəllim sevgilisi tərəfindən güllələnib.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Kayseridə qeydə alınıb.

Belə ki, Kasım K. işlədiyi məktəbdə Şehirban A. tərəfindən silahla vurulub.

Hadisə saat 13:00 radələrində Şəhid Haldun Ateş İbtidai məktəbində baş verib.

Şehirban A. ibtidai sinif müəllimi Kasım K.-nin işlədiyi məktəbə gedib. Müdir köməkçisinin otağına gedən iki nəfər arasında mübahisə yaranıb.

Mübahisə zamanı Şehirban A. yanında gətirdiyi silahla Kasım K.-nin sinəsindən atəş açıb. Yaralı xəstəxanaya çatdırılıb.

Müalicə altında olan Kasım K.-nın səhhətinin yaxşı olduğu bildirilib.

Polis şübhəli qadını saxlayıb.

Məlumata görə, Kasım K. Şəhid Haldun Ateş İbtidai məktəbinə yeni təyin olunub və bu gün onun ilk iş günü imiş.

Şehirban A.-nın Kasım K.-nın daha əvvəl işlədiyi məktəbdə oxuyan şagirdin valideyni olduğu və onların arasında romantik münasibət olduğu iddia edilib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026