• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb

CƏMİYYƏT

16 Oktyabr 2023 | 10:14 | Müəllif: Subhan Mahmudov

Narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Cəfər Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.

C.Əliyev barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat miqdarında cərimə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026