• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

NATO-dan Əfqanıstanla bağlı xüsusi BƏYANAT

SİYASƏT

20 Avqust 2021 | 19:51 | Müəllif: Subhan Mahmudov

NATO-dan Əfqanıstanla bağlı xüsusi BƏYANAT

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Əfqanıstandakı vəziyyətlə əlaqədar xüsusi iclas keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda Əfqanıstanla bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

"İndi bizim ilk vəzifəmiz vətəndaşlarımızın, tərəfdaş ölkələrin vətəndaşlarının və hazırda risk altında olan əfqanların təhlükəsiz şəkildə təxliyəsini təşkil etməkdir. Əfqanıstandakı indiki hakimiyyəti əcnəbilərin ölkəni rahat şəkildə tərk etməsinə mane olmamağa çağırırıq".

O da bildirilir ki, indiki hökumət Əfqanıstanın beynəlxalq öhdəliklərinə riayət etməli, əfqanların insan hüquqlarını qorumalı, humanitar girişə mane olmamalıdır.

NATO XİN başçıları qətiyyətlə və həmrəy şəkildə terrorla mübarizəyə sadiq olduqlarını vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026