• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ savaşından sonra iki qlobal güc var" - Maqid

SİYASƏT

18 Sentyabr 2021 | 21:36 | Müəllif: Subhan Mahmudov

"Qarabağ savaşından sonra iki qlobal güc var" - Maqid

Cənubi Qafqaz bölgəsində Türkiyə regional gücə çevrilib.

Bakıvaxtı.az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Mixail Maqid deyib.

O bildirib ki, II Qarabağ müharibəsindən əvvəl Rusiyanın bölgədəki gücü mütləq idi:

"Ancaq müharibə vaxtı və sonra yeni vəziyyət yarandı. İndi isə 2 qlobal güc var: Türkiyə və Rusiya. Bakı Ankara ilə getdikcə hərbi və iqtisadi ittifaq yaradır, bununla bərabər orduları möhkəmlənir. Ermənistana gəlincə, sarsıdıcı bir məğlubiyyətdən sonra güclü Azərbaycan-Türkiyə ittifaqının mövcudluğunu da nəzərə alsaq, Ermənistanın bir dövlət olaraq varlığı indi tamamilə Rusiyadan asılıdır".

Politoloq qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda güclənməsi Rusiyanın bölgədəki ana strategiyasını təhlükəyə atıb:

"Rusiyanın bölgədəki hədəfi Türkiyə və İranın təsirinin genişlənməsini əngəlləmək olub. Ancaq II Qarabağ müharibəsindən sonra Türkiyənin bölgədəki təsiri o qədər artdı ki, bunu Rusiyanın strateji uğursuzluğu kimi də başa düşmək olar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026