• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib

SİYASƏT

18 Sentyabr 2021 | 19:03 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib

Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR