• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Navalnının xanımından ilk AÇIQLAMA

DÜNYA

16 Fevral 2024 | 20:06 | Müəllif: Subhan Mahmudov

Navalnının xanımından ilk AÇIQLAMA

Rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Münxen Təhlükəsizlik Konfransında çıxış edib. 

Bakıvaxtı.az xəbər verir ki, o, ərinin ölümündə Rusiya rəhbərliyini günahlandırıb. 

"Mən istəyirəm ki, Putin, onun ətrafındakı hər kəs, Putinin dostları, hökuməti bilsinlər ki, ölkəmizə, ailəmə və ərimə qarşı etdiklərinə görə məsuliyyət daşıyacaqlar. Həmin gün çox tezliklə gələcək. Mən bütün dünya ictimaiyyətini, bu salonda olan hər kəsi, bütün dünyadakı insanlara səslənmək istəyirəm ki, biz birlikdə birləşək və bu şərə qalib gələk, indi Rusiyada olan dəhşətli rejimi məğlub edək. Həm bu rejim, həm də Vladimir Putin son illərdə mənim ölkəmə, ölkəmiz Rusiyaya qarşı etdikləri dəhşətli işlərə görə şəxsi məsuliyyət daşımalıdırlar”, - deyə Yuliya çıxışında bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026