• Bakı 17° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilir

CƏMİYYƏT

21 Fevral 2023 | 15:02

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilir

Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədri, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Səadət Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilir.

Bakıvaxtı.az xəbər verir ki, məsələyə Milli Məclisin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında baxılıb.

Komitə sədri Əli Hüseynli S.Bəktaşinin təyini ilə bağlı məsələni təqdim edib. O, Səadət Bəktaşinin məhkəmə sistemində fəaliyyəti barədə ətraflı məlumat verib.

Onun öz peşəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib. Əli Hüseynli Naxçıvanda həyata keçirilən islahatların həm də məhkəmə-hüquq sistemini əhatə etdiyini söyləyərək, bu baxımdan S.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunduqda, öz təcrübəsindən istifadə edərək bu islahatlara öz töhfəsini verəcəyini deyib.

Komitə üzvləri və Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşinin hazırki fəaliyyətini və yeni təyinatını təqdirəlayiq hesab ediblər.

Məsələ sonda parlamentin plenar iclasına tövsiyə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026