• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək - RƏSMİ

CƏMİYYƏT

23 Mart 2023 | 12:35

Oqtay Əliyev Qurd qapısı qəbiristanlığında dəfn ediləcək - RƏSMİ

Ailəsinin müraciəti əsasında əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

"Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni ilə bağlı bildiririk ki, ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib" - məlumatda bildirilib.

 

10:58

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.

Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.


SON XƏBƏRLƏR