• Bakı 26° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Naxçıvanda avtomobil yandı

HADİSƏ

16 Aprel 2024 | 16:37

Naxçıvanda avtomobil yandı

Naxçıvanın Kəngərli rayonunda yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayon Xok kəndinin ərazisindən keçən hissəsində minik avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Lifan” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026