Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.
Bəs yeni Baş nazir kimdir?
Cabbar Hafiz oğlu Musayev 1981-ci ildə Naxçıvan şəhərində anadan olub. Ali təhsilini Türkiyənin Ankara şəhərində alıb.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
2004–2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri, 2013–2016-cı illərdə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini, 2016 – 2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
23 iyun 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Rəşid Muxtar
Bakı 




