• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Nazarbayevdən Azərbaycanla bağlı təklif

İQTİSADİYYAT

10 Dekabr 2021 | 14:29

Nazarbayevdən Azərbaycanla bağlı təklif

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi İttifaqına müşahidəçi statusunda dəvət edilməsini təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, Nazarbayev bu barədə Ali Avrasiya İqtisadi Şurasıın iclasında çıxışı zamanı bildirib.

“Mən Ermənistanla Azərbaycan arasında uzun illər davam edən mübahisələrdən sonra münasibətlərin yaxşılaşmasını ürəkdən alqışlayıram. Düşünürəm ki, biz hamımız belə hesab edirik”, - deyə Nazarbayev vurğulayıb. 

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Moldava, Özbəkistan və Kuba isə ittifaqda müşahidəçi dövlətlər statusuna malikdirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR