• Bakı 19° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Nazir generalı işdən ÇIXARDI

CƏMİYYƏT

06 Iyun 2023 | 20:47 | Müəllif: Subhan Mahmudov

Nazir generalı işdən ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov təqaüdə göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Füzuli Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.

Nazirin digər bir əmrli ilə isə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayor Hikmət Abbasov tutduğu vəzifədən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinə rəis təyin edilib.

Hikmət Abbasovun yerinə də təyinat olub.

Belə ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov Dövlət Yanğın Nəzarəti Xidmətinə rəis təyin edilib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026