• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Milli Observatoriya memorandum imzalayıb - FOTOLAR

CƏMİYYƏT

06 Iyul 2023 | 19:47

Milli Observatoriya memorandum imzalayıb - FOTOLAR

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Təhsil Tələbə Kredit Fondu (TTKF) arasında arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. 
Bakıvaxtı.az
xəbər verir ki, sənədi Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Təhsil Tələbə Kredit Fondunun İdarə heyətinin sədri Araz Paşayev imzalayıblar.

E. Səfərli bildirib ki, qarşılıqlı anlaşma nəticəsində Milli Observatoriya tərəfindən təhsil tələbə krediti sisteminin tətbiq edilməsi ilə bağlı ayrılan maliyyə vəsaitlərinin daha səmərəli istifadə edilməsi məqsədilə əmək bazarında strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin, aktual peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələblərin müəyyənləşdirilməsi, təhsil müəssisələrinin təhsil tələbə kreditindən istifadə etmiş məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin qiymətləndirilməsi təhlil ediləcək.

A.Paşayev Milli Observatoriya ilə birgə fəaliyyətin vacibliyindən danışıb. 

Qeyd edib ki, TTKF ilə Milli Observatoriya arasında əməkdaşlıq əmək bazarında çoxtələb olunan ixtisasların müəyyən edilməsi, proqnozlaşdırılan ixtisaslar üzrə təlimlərin təşkili, təhsil  tələbə kreditindən yararlanan tələbə valideynləri arasındasorğuların keçirilməsi və verilən təhsil kreditinin faydalılığını müəyyənləşdirməyə yardım edəcək.

Memorandum çərçivəsində habelə sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin təhsilə əlçatanlığının təmin edilməsi ilə bağlı təhlillərin aparılması, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması bu sahədə ictimaiyyətin mütəmadi məlumatlandırılması və aktual problemlərin şərhinin verilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur. 


Milli Observatoriya memorandum imzalayıb - FOTOLARMilli Observatoriya memorandum imzalayıb - FOTOLARMilli Observatoriya memorandum imzalayıb - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026