• Bakı 18° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Nazir onu direktor təyin etdi - FOTO

CƏMİYYƏT

11 Oktyabr 2022 | 14:00 | Müəllif: Subhan Mahmudov

Nazir onu direktor təyin etdi - FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.


Nazir onu direktor təyin etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026