“Rusiyanın Xersondan geri çəkilməsi gözlənilən idi. Çünki Ukrayna ordusu bir müddətdir ki, uğurlu əks həmlələr həyata keçirir. Rusiya özünü biyabır etdi”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, rəsmi Moskva bir müddət öncə Xersonda qondarma referendum keçirib bu əraziləri Rusiyaya birləşdirmişdi: “İndi özünə birləşdirdiyi bölgədən geri çəkilməli olur. Bu qərar Rusiyanın imicinə zərbədir və rus ordusunun gücsüzlüyünü ortaya qoymuş oldu. Hələ bu başlanğıcdır”.
Politoloqun sözlərinə görə, hələ ki sülh danışıqları mümkün deyil: “Bir müddət müharibə davam edəcək”.
İbRa
















