• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Kamran Əliyev Sumqayıt və Qubadlı sakinlərini qəbul edəcək

CƏMİYYƏT

10 Noyabr 2022 | 12:07

Kamran Əliyev Sumqayıt və Qubadlı sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il noyabrın 22-də saat 10:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokuroru tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026