İstanbulun mərkəzində Qarabağ şəhidlərinin adını daşıyan park salınacaq.
Bakıvaxtı.az xəbər verir ki, “Palmali Holding”in qurucusu, azərbaycanlı iş adamı Mübariz Mənsimov Beşiktaş Bələdiyyəsinin rəhbərliyi ilə bununla bağlı danışıqlar aparıb və razılıq əldə edilib.
Məlumata görə, hazırda layihəni həyata keçirmək üçün Beşiktaşda uyğun yer axtarılır.
Xatırladaq ki, bundan əvvəl İstanbulda Heyder Əliyev adına və Azərbaycan-Türkiyə qardaşlıq parkları məhz Mübariz Mənsimov tərəfindən salınıb.
Aytac Aslan
















