• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ət satışı məntəqəsində nöqsanlar aşkarlandı

CƏMİYYƏT

10 Noyabr 2022 | 12:41

Ət satışı məntəqəsində nöqsanlar aşkarlandı

Oğuzda fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkar olunub.

Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Oğuz şəhəri, H.Əliyev prospekti, ev 9 ünvanında fəaliyyət göstərən fiziki şəxs Salmanov Saleh Valeh oğluna məxsus ət satışı məntəqəsində planlı yoxlama aparılıb. Yoxlama zamanı məntəqənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkar olunub.

Aşkarlanan nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.


Ət satışı məntəqəsində nöqsanlar aşkarlandıƏt satışı məntəqəsində nöqsanlar aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026