• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Nazirlik erməni teleqram kanallarında yayılan xəbərlərlə bağlı MƏLUMAT YAYDI

Gündəm

25 Mart 2024 | 00:26

Nazirlik erməni teleqram kanallarında yayılan xəbərlərlə bağlı MƏLUMAT YAYDI

Erməni “Telegram” kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatların yayılmasına cəhdlər olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bu kimi məlumatlar təmamilə "fake" və dezinformasiya xarakteri daşıyır.

"Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - deyə nazirlikdən bildirilib.


SON XƏBƏRLƏR