• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Neftçi"nin baş məşqçisi komandasını dəyişə bilər

İDMAN

15 May 2023 | 10:02

"Neftçi"nin baş məşqçisi komandasını dəyişə bilər

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın adı yenidən Rumıniyanın “Universitatya Krayova” klubu ilə hallanır.

Bakıvaxtı.az xəbər verir ki, "ProSport" nəşri 48 yaşlı mütəxəssisin “Universitatya Krayova” ilə danışıqlar apardığını yazıb.

Klub UEFA Konfrans Liqasına vəsiqə qazana bilməsə, Eugen Neago ilə vidalaşacaq. Rumıniya təmsilçisinin maliyyə dəstəkçisi Mixai Rotaru Regekampfı bu posta gətirmək niyyətindədir.

Digər iddiaya görə, baş məşqçi razılıq əldə edəcəyi təqdirdə, “Universitatya Krayova”da yay transfer pəncərəsinə tam nəzarət etməyi planlaşdırır.

Qeyd edək ki, mütəxəssisin “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, "ağ-qaralar"a keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”nın sükanı arxasında olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026