• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Netanyahu: Hər yerdə mübarizə aparacağıq

DÜNYA

21 Sentyabr 2025 | 20:49 | Müəllif: Subhan Mahmudov

Netanyahu: Hər yerdə mübarizə aparacağıq

İsrail BMT də daxil olmaqla bütün məkanlarda Fələstin dövlətçiliyinin tanınmasına qarşı mübarizə aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə hökumətinin həftəlik iclasında deyib.

"Biz həm BMT-də, həm də bütün digər yerlərdə bizə qarşı yönəlmiş böhtan xarakterli təbliğata və varlığımızı təhdid edəcək, terrorun absurd mükafatına çevriləcək Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq", - o bildirib.

Baş nazir gələn həftənin ortalarında ABŞ-a gedəcəyini, orada BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcəyini və ABŞ Prezidenti Donald Trampla görüşəcəyini də təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026