• Bakı 20° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İmtahan nəticələrinin açıqlanma müddətini AZALTMAQ OLARMI? - RƏSMİ

CƏMİYYƏT

29 May 2025 | 13:04

İmtahan nəticələrinin açıqlanma müddətini AZALTMAQ OLARMI? - RƏSMİ

Hər il onminlərlə şagird 9-cu sinifi bitirərkən, bir o qədər də məzun ali məktəbə qəbul olunmaq üçün imtahan verir. İmtahanlar bitdikdən sonra isə gözləmə prosesi başlayır.

İmtahan nəticələrini gözləmək… Onlar ən azı 1 aya yaxın nəticələrin açıqlanması gözləyirlər. Bu müddət ərzində şagirdlərin, abituriyentlərin həyəcanı, “qəbul ola biləcəmmi?” qorxusu onların gündəlik həyatına təsirsiz ötüşmür.

Bəs, maraqlıdır,nəticələrin daha tez açıqlaması mümkündürmü? Bunun üçün hansı işlər görülür?

Məsələ ilə bağlı Bakıvaxt.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, bu müddəti azaltmaq mümkündür.

Onun sözlərinə görə, yazı işlərinin yoxlanılması prosesinə süni zəkanın effektiv tətbiqini genişlətməklə və işlərin yoxlanılmasında iştirak edən markerlərin sayını artırmaqla bu müddəti işin həcmindən asılı olaraq 7-10 günədək azaltmaq olar.

“Hazırda bu istiqamətdə tədqiqatlar aparılır”,- deyə DİM sözçüsü qeyd edib.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

16 Iyun 2025