• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Neymar karyerasını bu tarixdə bitirəcək

İDMAN

13 Mart 2023 | 14:23

Neymar karyerasını bu tarixdə bitirəcək

Fransanın PSJ klubunun futbolçusu Neymar karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib.

Bakıvaxtı.az “The Athletic”ə istinadən xəbər verir ki, Braziliya millisinin üzvü 2027-ci ildə futbolla vidalaşmağı planlaşdırır.

31 yaşlı hücumçu həmin vaxta qədər məhz PSJ-nin formasını geyinmək və karyerasını Paris təmsilçisində bitirmək niyyətindədir. 2017-ci ildən PSJ-nin formasını geyinən ulduz futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, sağ dizindən əməliyyat olunan Neymar üçün cari mövsüm başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR