• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

NİİM-dən sürücülərə müraciət 

CƏMİYYƏT

11 Avqust 2025 | 11:13

NİİM-dən sürücülərə müraciət

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

    "Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də bəzi sürücülərin hərəkət zamanı düzgün ara məsafəsi saxlamamasdır.

    Müşahidə kameraları vasitəsi ilə qeydə alınan qəzaların təhlili göstərir ki, bu cür hadisələr, xüsusilə paytaxtın Heydər Əliyev, 8 Noyabr prospektləri, Aeroport və Mərdəkan şoseləri, həmçinin Buzovna-Zuğulba və digər yollarda qeydə alınır.

    Bununla yanaşı, müşahidələr onu da deməyə əsas verir ki, bəzi sürücülər yolun sol hərəkət zolağında sürətlə hərəkət edirlər, düzgün ara məsafəsi saxlamamaqla yanaşı, qarşıda sıxlıq yarandıqda və hər hansı bir maneə ilə qarşılaşdıqda qəfil və məcburi tormozlama nəticəsində zəncirvari qəzalara səbəb olurlar. Bu kimi hadisələr, təəssüf ki, bəzən ölüm və ya xəsarətlə nəticələnir.

    NİİM bir daha “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin müvafiq bəndini sürücülərin diqqətinə çatdıraraq bildirir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Sentyabr 2026