• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Nikah və boşanmaların sayı açıqlandı

CƏMİYYƏT

16 Fevral 2022 | 16:16

Nikah və boşanmaların sayı açıqlandı

Ötən il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 314 nikah və 17 191 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60 faiz artaraq onun səviyyəsi 5,6, boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.

Nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8), boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026