• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yaz allergiyası: Qarşısını necə almaq olar?

CƏMİYYƏT

18 Mart 2022 | 15:30 | Müəllif: Qalib İbrahimoğlu

Yaz allergiyası: Qarşısını necə almaq olar?

Bahar həm də allergik xəstəliklərin baş qaldırdığı fəsildir. Yazda çiçəklər tozlanır və nəticədə allergiyası olan şəxslərdə burun axma, nəfəs almaq problemləri yaranır. Bəs qarşısını almaq üçün nə etmək olar?

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, bitki tozlarına qarşı allergiyalar indi geniş yayılıb və çox adamda mövcuddur: “Bunun qarşısını almağın əsas yolu şəxsin hansı bitkiyə qarşı allergiyası varsa, ondan uzaq durmasıdır. Yəni, ilk növbədə, hər kəs hansı bitkilərə qarşı allergiyası olduğunu bilməlidir. Çünki adətən müəyyən bir növ bitki tozuna qarşı alergiyalar olur. Yəni, bir şəxsdə bütün bitki tozlarına qarşı allergiya olmur. Əgər allergiyası olan şəxsin həyətində həmin bitkilər varsa, uzaqlaşdırılmalı, ya da bitki toz açan müddətdə o ərazidə olmamalıdır. Əlavə olaraq, allergiyası olan şəxs bitkinin yanında maskadan istifadə edə bilər”.

Həkimin sözlərinə görə, bitkinin tozu tənəffüs yollarına daxil olması nəticəsində allergiya yaranır: “Bu vaxt burun axma, tez-tez asqırma, burun tutulması baş verir. Əgər şəxs hansı bitki tozuna qarşı allergiyası olduğunu bilmirsə, vəziyyət daha da kəskinləşirsə, müalicə etmək üçün xüsusi metodları var. Bununla allerqoloqlar məşğul olur. Allergiyası olan şəxs allerqoloqa müraciət etməli və hansı bitki tozuna qarşı allergiyası olduğu müəyyənləşdirilməlidir. Ondan sonra bunun üçün xüsusi həmin bitki tozundan hazırlanmış dərmanları istifadə etməklə o bitkiyə qarşı allerqik proses söndürülür”.

Yaz allergiyası baş qaldıran zaman vəziyyəti yüngülləşdirmək üçün bir sıra tədbirlər tövsiyə edilir.

Bunlardan biri burunu yumaq sayılır. Bunun üçün 1 stəkan suya 1 çay qaşığı duz, 1 çay qaşığı çay sodası əlavə edib, qarışdırmaq, həmin suyu buruna çəkmək lazımdır.

Bəzən buruna sirkəli su çəkənlər də olur. Amma mütəxəssislər hesab edir ki, bu, düzgün deyil. Sirkəli su burun florasına mənfi təsir göstərir.

Amma boğaz qarqarası üçün sirkəli sudan yararlanmaq olar. Boğazda allergiyadan qıcıqlanma, şişmə varsa, 1 stəkan suya 2-3 damcı sirkə qataraq qarqara etmək faydalı sayılır.

Belə hallarda ilıq çökə çayı da tövsiyə olunur. Çökə çayının ağrıkəsici xüsusiyyəti də var.

Eyni zamanda çox isti, çox soyuq içkilərdən, tünd ədviyyatlı qidalardan uzaq durmaq, çoxlu su içmək faydalı sayılır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026