• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Okampo “ekspert rəyi”ni özü yazmayıb - Fərid Şəfiyev

SİYASƏT

28 Dekabr 2023 | 11:56 | Müəllif: Qalib İbrahimoğlu

Okampo “ekspert rəyi”ni özü yazmayıb - Fərid Şəfiyev

Luis Moreno Okamponun siyasi tapşırıqlar əsasında hazırladığı “ekspert rəyi”ndə yer almış fikirləri özü yazmayıb. Onun rəyi ermənilər tərəfindən hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Fərid Şəfiyev rəydə onun adının da keçdiyini qeyd edərək deyib: “Ermənilər bəzən mənim fikirlərimi təhrif edirlər”.

O diqqətə çatdırıb ki, hazırda münasibətlərin tənzimlənməsi Fransadan asılıdır. “Onlar buna təşəbbüs göstərməlidir. Buna baxmayaraq, Fransa ilə iqtisadi əməkdaşlığımız var. Bizi narahat edən Fransa ilə Ermənistanın hərbi əməkdaşlığıdır. Çünki əgər Ermənistan silahlanırsa, bunu kimə görə edir?”, - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026