"Dünyada "omikron"dan daha yoluxucu olacaq yeni bir koronavirus ştamı yarana bilər".
Bakıvaxtı.az xəbər verir ki, bu xəbərdarlığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkxove edib. Onun fikrincə, virusun yeni variantı nə qədər çox dövr edirsə, bir o qədər də dəyişikliklərə məruz qalır.
Kerkxove yeni ştamların daha yoluxucu olacağını söyləyib, çünki onlar hazırda yayılan variantlarla rəqabət aparmalıdır. Eyni zamanda mütəxəssis "delta" variantı ilə müqayisədə xəstəliyin daha yüngül gedişatına görə omikronu COVID-19-un zəif ştammı hesab etməməyə çağırıb.
Təşkilat SARS-CoV-2 koronavirusunun tədricən endemik hala gəldiyini bildirib. Endemik xəstəlik bir bölgədə yayılmış bir xəstəlikdir. /publika.az/
















