Əməkdar artist Xumar Qədimovanın "Daha səni üzməyəcəm" mahnısı illər sonra trendə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, 5 il əvvəl işıq üzü görən və trenddə birinci olan mahnı yenidən gündəmə gəlib.
Qədimova bildirib ki, mahnı 5 il əvvəl başqa bir yutub kanalına yüklənib və 7 milyon izlənilib. Bir neçə gün əvvəl isə mahnı Xumarın öz rəsmi yutub kanalına yüklənilib. Yükləndikdən bir neçə gün sonra mahnı trendə düşüb.
Qeyd edək ki, bəstənin sözləri Rəşad Məcidə, musiqisi isə ifaçının özünə məxsusdur. /axşam.az












jpg-1727703610.webp)



