• Bakı C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Ordubadda dəm qazından kütləvi zəhərlənmə - ölən var

HADİSƏ

03 Mart 2025 | 11:22

Ordubadda dəm qazından kütləvi zəhərlənmə - ölən var

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub, 1 nəfər ölüb

Bakıvaxtı.az xəbər verir ki, Ordubad rayonunun Ağrı kəndində dəm qazından kütləvi zəhərlənmə baş verib.
Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə zamanı S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib, onun həyat yoldaşı M.Bədəlova isə reanimasiya şöbəsində müalicə alır. Digər iki şəxs isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR